Forumda yüksək rəsmilərin toplantısı planlaşdırılır.
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin Dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Verilən məlumata əsasən, XİN rəhbərləri Azərbaycana səfərləri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci Qlobal Forumunda iştirak edəcəklər.
Forumda yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır./oxu.az
7News.Az








