RU
4 maşın toqquşdu: 3 yaralı
16:53
444

4 maşın toqquşdu: 3 yaralı

Xaçmaz rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə Xaçmaz-Quba yolunun 7-ci km-də qeydə alınıb. "Ford", "Toyota", "Mercedes" və "VAZ 21011" markalı maşınlar toqquşub. Nəticədə "Vaz 21011" markalı avtomobilinin sürücüsü və 2 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qubanın Ağbil kənd sakinləri 1981-ci il təvəllüdlü Məmmədov Rahim Ramiz oğlu, 1990-cı il təvəllüdlü Zeynalova Leyla Hacıbaba qızı və azyaşlı, 2011-ci il təvəllüdlü Zeynallı Sənan Həbibulla oğludur. Hər üç şəxsin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ