RU
4 nəfər dəm qazından zəhərlənib
10:30
267

4 nəfər dəm qazından zəhərlənib

Bakıda dəm qazından zəhərlənmə hadisələri baş verib.

7News.Az "report"-a istinadən bildirir ki, hadisələr Sabunçu rayonunun müxtəlif ərazilərində qeydə alınıb.

M.Məlikov küçəsində 2009-cu il təvəllüdlü Hüseynli Aylin Hüseyn qızı, Ramananın "Südçülük sovxozu" adlanan ərazisində 1982-ci il təvəllüdlü Nəcəfova Gülnar Kərəm qızı, Maştağa qəsəbəsində 2000-ci il təvəllüdlü Allahverdiyeva Aidə Mürşüd qızı və Bakıxanov qəsəbəsində 1999-cu il təvəllüdlü İsmayılova Aygül Zahid qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisələrin təfərrüatı araşdırılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ