RU
4 nəvənin nənəsi
19:00
1182

4 nəvənin nənəsi "ən erotik qoca" oldu

"Günlərin birində səhər ayıldım və anladım ki, artıq 60 yaşım var. 60! Həmişə düşünürdüm ki, sonra gözəl olaram, Parisə yollanaram, bir il sonra kitab yazaram. Amma bütün bunlar sonra olacaqmı?" - indi 63 yaşındakı Ellen Ektor deyir.

ABŞ-ın Atlanta şəhərində yaşayan, təqaüddə olan bu yaşlı qadın günlərin birində nəvəsini gəzintiyə çıxaranda parka yollanıb. O, yaşıdları təki skamyada oturub kitab oxumaq əvəzinə turnikə yollanıb.

Həmin vaxtadək Ellen əsla idman etməyib, qaçmayıb, məşq etməyib. Amma arzusuna çatmaq üçün o, pəhriz saxlamağa və məşqlərə başlayıb.
Daha sonra o, İnstagram-da profil yaradıb və idman məşqləri ilə bağlı fotolar, videolar paylaşıb.
6 ay keçib, Ellen məşhurlaşıb.
İndi onu "ən erotik qoca" adlandırırlar.

İnstagram profilinin daimi təqibçilərinin sayı 100 min nəfəri keçəndə reklam verən şirkətlər peyda oldular və Ellen yaxşı pul qazanmağa başladı.
Ellen məşqlərə qızını da cəlb etdi, bir il ərzində vücudunu "cavanlaşdırdı".
5 övladı və 4 nəvəsi olan Ellen indi fitnes təlimatçısıdır.
Üstəlik o, idman klubu yaradıb, şirə və smuzi istehsal edən şirkət qurub.
Ellen bu yaxınlarda Parisə yollanıb, arzusunu gerçəkləşdirib./milli

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ