"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı İraqın Nineviya vilayətində 4 qadını daşqalaq edərək öldürüb.
7News.Az milli.az-a istinadən bildirir ki, yerli bloqer Abdulla əl Məllanın yazdığına görə, Mosul şəhərindəki İŞİD terrorçuları bu qadınları "kəniz" kimi saxlayıblar, onlara sürəkli təcavüz ediblər.
Qadınlar intihar etmək istəyəndə isə onlar "zina"da suçlanıblar.
İŞİD-in Mosuldakı Şəriət məhkəməsinin qərarı ilə zavallılar daşqalaq cəzasına məhkum olunub.
Qadınlar şəhər meydanlarından birində daşqalaq edilərək qətlə yetiriliblər.










