Erzurumda məsciddə namaz qılmaq üçün evdən çıxan 75 yaşlı kişinin cəsədi tapılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 uşaq atası olan 75 yaşlı Halis Gül məscidə namaz qılmaq üçün evdən çıxıb.
O, axşam saatlarında oğluna zəng edərək "Körpüdən yıxılmışam, başım qanayır" deyib. Lakin daha sonra kişidən bir xəbər almaq mümkün olmayıb.
Halis Gülün oğlanları polislərlə birlikdə atalarının axtarışına çıxıb.
2 gün sonra heyvanlarını otarmağa aparan çobanlar su kanalının içərisində qanlar içində yaşlı kişinin cəsədini görüb polisə xəbər veriblər.
Hadisə yerinə gələn polislər cəsədin Halis Gülə aid olduğunu müəyyən edib.
Yaşlı kişinin meyiti Otlu Dövlət Xəstəxanasının morquna yerləşdirilib.

7News.Az