Astarada ehtiyatsızlıq bədbəxt hadisə ilə nəticələnib.
Rayonun Siyəkli kəndində yaşayan 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tir tüfəngi ilə ehtiyatsız davranaraq 3 yaşlı qardaşı Güloğlan Zakirzadəni yaralayıb.
Pnematik silahdan açılan atəş nəticəsində uşaq qarın nahiyəsindən xəsarət alıb.
Balaca əvvəlcə Astara, sonra isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./arb
7News.Az








