RU
4 yaşlı uşaq əməliyyatdan bir gün sonra öldü-SƏHİYYƏDƏ NÖVBƏTİ BİABIRÇILIQ:
21:05
401

4 yaşlı uşaq əməliyyatdan bir gün sonra öldü-SƏHİYYƏDƏ NÖVBƏTİ BİABIRÇILIQ:

İmişlidə xəstəxanada uşaq ölümü qeydə alınıb. 

İmişli rayonunun Muradxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Hüseyn Balakişi oğlu Mehdiyevi dekabrın 7-də "kriptorxizm" diaqnozu ilə rayon xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə,  əməliyyat normal keçib, əməliyyat öncəsi pasiyentdə heç bir əks göstəriş aşkar edilməyib. Amma buna baxmayaraq dekabrın 8-də axşam saatlarında uşağın vəziyyəti pisləşib və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ