Təbrizin "Traxtur” komandası ötən gün "Məscidi Süleyman”ın "Neft” komandasını qonaq edib.
"Səhənd” stadionunda baş tutan oyun böyük fərqlə Azərbaycan komandasının xeyrinə yekunlaşıb.
Superliqanın 16-cı həftəsi çərçivəsində keçirilən görüşün birinci hissəsində komandalar hesabı aça bilməyib. İkinci hissənin 50-ci dəqiqəsində Əşkan Dejaqe, 56-cı dəqiqəsində Yukiya Sogita "Traxtur”u hesabda önə çıxarıb. 66-cı dəqiqədə isə "Neft” komandası oyunçusu səhvən topu öz qapılarından keçirib. Bununla da "Traxtur”-"Neft” oyunu 3:0 hesabı ilə yekunlaşıb.
Görüşdə təxminən, 40 min "Traxtur” azarkeşi tamaşaçı qismində iştirak edib. Soydaşlarımız oyun boyu "Azərbaycan var olsun – İstəməyən kor olsun”, "Yaşa Azərbaycan” və s. kimi şüarlar səsləndiriblər.
Oyunun 15-ci dəqiqəsində "Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və 25-ci dəqiqədə "Azərbaycan qızları göylərin ulduzları – Stadion yolları gözləyir onları, Aşiqanə, biz bu vətən aşiqi – Arxanızdayıq biz alarıq haqqınızı türk qızları, türk qızları...!” şüarı səsləndirilib./publika
7News.Az








