“Çox yorğun və yuxusuz olmağım doğrudur. Oğlumun köpü var. Bircə, bu işi həll edə bilsəydik... Heç nəyin faydası yoxdur”.
Bu haqda müğənni İradə İbrahimova sosial şəbəkədə yeni doğulan oğlu barədə yazıb.
Sənətçi oğlu ilə fotosunu paylaşaraq uşaq böyütməyin çətin olduğunu bildirib:
“Çox yorğun və yuxusuz olmağım doğrudur. Oğlumun köpü var. Bircə, bu işi həll edə bilsəydik. Heç nəyin faydası yoxdur. Yeyib-içdiyimə diqqət edirəm, amma... 40-nın çıxmasını səbirsizliklə gözləyirəm. Həkimi düz deyirmiş ki, oğlan uşağını böyütmək çox çətindir. Həm yuxusuz, həm də köplü olurmuşlar. Maşallah, bizdə hər ikisi var. Allah betərindən saxlasın”.
7news.az









