RU
40 yaşlı kişi evində bədbəxt hadisə nəticəsində öldü
14:30
323

40 yaşlı kişi evində bədbəxt hadisə nəticəsində öldü

Qubada 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çartəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü İlham Orucov spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə müvazinətini itirirək yaşadığı evin həyətində yıxılıb  və başı beton döşəməyə dəyib. 

O, aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin xəstəxanada ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ