RU
40 yaşlı qadın dəm qazından zəhərləndi - Hacıqabulda
18:19
454

40 yaşlı qadın dəm qazından zəhərləndi - Hacıqabulda

Hacıqabulda 40 yaşlı qadın dəm qazından zəhərlənib.

Hadisə Hacıqabul şəhərinin M.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Qohumlarının evinə gələn 1976-cı il təvəllüdlü Abbasova Reyhan Məhərrəm qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. R. Abbasova dəm qazından toksik zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ