Aprel ayının əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi əməliyyatlardan sonra Tərtər rayonunun işğal ounmuş Talış kəndini 400-ə yaxın erməni tərk edib.
7News.Az Ernənistanın Lragir.am saytına istinadən xəbər verir ki, artıq 90 ailə, yəni 400-ə yaxın insan kəndi tərk edərək Ermənistana köçüb. Kənd icmasının rəhbəri Slava Bayuntsun sözlərinə görə, onlar hələ də Ermənistan hökuməti tərəfindən evlə təmin olunmadıqlarından, qohumlarının və tanışlarının evlərində məskunlaşıblar.
“Biz Ermənistanın və İrəvanın hər bir yerində yaşamağa hazırıq. Bircə yaşamağa evimiz olsun”- deyən Bayunts Ermənistanın baş nazirinə müraciət etdiklərini də bildirib.








