Red Wings Hava Yolları, təyyarələrdə yaranan nasazlıqlara görə turistlərin Türkiyədə sıxışdığını açıqladı. Rusiya rəsmiləri 410 nəfərin ən azı 48 saat uça bilməyəcəyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Rusiyada yerləşən Red Wings Hava Yolları 400 rus turistin təyyarədəki nasazlıqlara görə Türkiyədə qapalı qaldığını açıqlayıb. "Üç Boeing 777 təyyarəsindən ikisi eyni vaxtda texniki səbəblərdən istifadə olunmur”, - aviaşirkətin açıqlamasında bildirilir.
Turistlər şənbə günü Antalyadan Yekaterinburqa uçmalı idilər. Yerli xəbər saytı E1.ru-ya danışan turistlər heç bir izahat verilmədən reyslərinin bir neçə dəfə gecikdiyini bildiriblər.
7NEWS.az








