RU
41 yaşlı azərbaycanlı Türkiyədə içkidən zəhərlənib öldü
14:00
200

41 yaşlı azərbaycanlı Türkiyədə içkidən zəhərlənib öldü

Azərbaycan vətəndaşı Əbülfəz İsmayılov Türkiyənin Sakarya vilayətinin Sapanca rayonunda alkoqollu içki qəbul etdikdən sonra xəstəxanalıq olub.

7News.Az-ın "Haberler.com”a istinadən verdiyi xəbərə görə, hadisə oktyabrın 16-da baş verib.

41 yaşlı azərbaycanlı dostları ilə yeyib-içdikdən sonra vəziyyəti pisləşib. 

O, dərhal Sapanca Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılıb və Ə.İsmayılova saxta içki satan Gürcüstan vətəndaşı saxlanılıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ