"İlk günlərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılmışdı. Bu, ordunun irəliləməsində böyük irəliləyiş idi".
Bunu İTV-yə açıqlaması zamanı Azərbaycan Ordusunun polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Elnur Qebedov bildirib.
O bildirib ki, düşmən müharibə zamanı Mingəçevir şəhərinə iki ədəd "Smerç” tipli raket atıb və onlar "Buk” sistemi vasitəsilə məhv edilib.
Həmin gündən danışan polkovnik-leytenant Elnur Şəfiyev qeyd edib ki, oktyabrın 4-ü, axşam 21:50-də "Ballistik” siqnal aldıq, hədəfgöstərmə qəbul etdik:
"Mingəçevirə atılan "Smerç” çox böyük dağıdıcı gücə malikdir, biz bunu bacararaq qarşısını aldıq”.
Daha ətraflı müharibədən real kadrlarla süjeti təqdim edirik:








