"Biz 4-cü siniflər üzrə ona gör imtahan etdirilir ki, şagird bu dərslərdən nə öyrənir".
7NEWS.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 9-ci sinifdə şagirdlərin nə öyrəndiklərini baxmaq gec ola bilər:
Ətraflı
"Bundan sonra 4,6 və 7-ci siniflərdə mərkəzləşmiş imtahanlar ola bilər.
Biz uşağın bilikləri repetitordan, yoxsa müəllimdən öyrəndiyini müəyyənləşdirə bilmirik. Amma imtahan keçirəndə müəllimlər bir az məsuliyyət hiss etməyə başlayır. Bu imtahanların məzmunu daha çox oxuyub anlamaqda bağlıdır. Bunu öyrənmək repetitor yanına getməklə mümkün deyil.
Bir müəllimin sinfində 50 faizdən çox uşaq 2 alarsa, bu zaman müəllim haqqında düşünməyə dəyər".
7NEWS.Az








