Günümüzdə mövcud olan ən böyük problemlərdən biri də telefonumuzun donması və sürətinin azalmasıdır.
Ən yaxşı cihazları nəzərə aldıqda, 12-18 ay sonra telefonda inanılmaz performans zəifləməsi başlayır. Buna minlərlə səbəb var, RAM həcminin az olmasından tutmuş, düzgün kodlaşdırılmayan proqramlara qədər hər şey təsir edir. Bəs çıxış yolu nədir? Yeni cihaz almalıyam? Əlbəttə ki, yeni cihaz almaq sizin ən yaxşı seçiminizdir.
Telefonu saz vəziyyətdə saxlamağın bir neçə üsullarından biri də, onu 48 saatdan bir söndürüb yandırmaqdır. Bunu etdiyinizdə, donma halının baş vermədyini görəcəksiniz.








