RU
49 yaşlı qonşusunu bıçaqladı -
00:57
617

49 yaşlı qonşusunu bıçaqladı -

Gəncədə 49 yaşlı kişi bıçaqlanıb.

7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. Şəhər sakini 49 yaşlı Elbrus Manafov yaşadığı evin qarşısında bıçaqlanıb.

Döş qəfəsinin daxilə keçən kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər TTYX-ya çatdırılan yaralı dərhal cərrahiyə əməliyyatı olunub.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlara görə hadisə Elbrus Manafovun hadisəni törədən şəxsə pul borcunun olması üzündən baş verib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb araşdırmalar aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ