Türk sənət müsiqisinin dəyərli sənətkarı İbrahim Tatlısəs ötən həftə "İbo Şou" da 5 ci dəfə evləndiyini açıqlamışdı.
Yenicə evlənən Tatlısəs sosial media hesabında həyat yoldaşına yemək hazırladığı görüntüləri paylaşıb.
Qeyd edək ki, özündən 43 yaş kiçik qızla evlənən İbrahim Tatlısəs verilişində etdiyi açıqlaması ilə də gündəm olub. O, bunları deyib:
"Gülçin mənə çox yaxşı baxır. Mən bu saatdan sonra heç kimə hesab vermək məcburiyyətində deyiləm".








