RU
`5 ildə 700-dən çox tədbir keçirmişik` - Nazir
13:00
657

`5 ildə 700-dən çox tədbir keçirmişik` - Nazir

"Azərbaycanda gənclər siyasətində aparılan işlər yüksək səviyyədədir və bu istiqamətdə çoxlu tədbirlər keçirilib”.

 

7News.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iclasında deyib.

"Bu tədbirin məqsədi planlarımızı, ideyaları paylaşmaq, MDB məkanında əlaqələrimizi gücləndirmək, gənclər arasında dostluq yaratmaq və müxtəlif layihələri həyata keçirtməkdir”.

25 il ərzində Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərə diqqət çəkən nazir qeyd edib ki, bu gün ölkə əhalisinin 27 faizini gənclər təşkil edir. "Nazirlik dünyanın 60-dan çox ölkəsi, o cümlədən MDB ölkələri ilə əməkdaşlıq edir. Son 5 ildə nazirlik 700-dən çox tədbir keçirib ki, bunun 150-i beynəlxalq tədbirdir. Regional çərçivədə isə 12 mindən çox tədbir keçirilib. Biz gənclər siyasəti sahəsində aparılan beynəlxalq əlaqələrə xüsusi önəm veririk. Bu tədbirdə verilən qərarlar MDB ölkələrində gənclər siyasətinin inkişafına təkan verəcək”. 

Qeyd edək ki, bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iclası keçirilir. 

İclasda Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası və Tacikistan Respublikasının Şuraya üzv olan nümayəndələri və iclasda çıxışı nəzərdə tutulan məruzəçilər iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ