Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Başsağlığında qeyd edilir: "Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğumuzu bildirir, onlara səbr diləyirik".
***
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir: "Xəzər dənizinin “Günəşli” yatağındakı neft platformasında insan tələfatı ilə nəticələnmiş yanğın haqqında xəbər məni dərindən kədərləndirdi.
Cənab Prezident, xahiş edirəm, həlak olanların doğmalarına və yaxınlarına Tacikistan Respublikasının xalqı və Hökuməti adından dərin hüznlə başsağlığı verdiyimizi, dərdlərinə şərik olduğumuzu bildirin".
***
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Başsağlığında qeyd edilir: “Günəşli” yatağındakı platformada baş vermiş faciə ilə əlaqədar Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumuzu bildirir, xəsarət alanların hamısının tezliklə sağalmasını diləyirik".
***
Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Başsağlığında deyilir: “Günəşli” yatağındakı platformada yanğın nəticəsində çoxlu sayda insanın həyatını itirməsi ilə əlaqədar Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Monteneqro xalqı bu ağır günlərdə Azərbaycan xalqının kədərini bölüşür.
Cənab Prezident, faciə qurbanlarının ailələrinə də başsağlığımızın çatdırılmasını xahiş edirəm. Qoy, bilsinlər ki, biz də onların kədərinə şərikik.
Möhtərəm Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
***
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Draqan Çoviçdən Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Başsağlığında deyilir: Xəzər dənizinin Azərbaycana aid sularında yerləşən neft platformasında baş vermiş faciəli yanğın hadisəsindən çox məyus olduq.
Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan xalqına və Sizə dərin hüznlə başsağlığı verirəm.
Zati-aliləri, həlak olanların ailələrinə də başsağlığımızı və kədərimizi çatdırmağınızı xahiş edirik. Bu hüznlü vaxtda bizim düşüncələrimiz və dualarımız onlarla birlikdədir.
Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
7news.az








