RU
5 otaqlı ev yanıb
22:52
309

5 otaqlı ev yanıb

Oğuz rayonu, Astraxanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 110 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ