RU
50 PKK terrorçusu məhv edildi
15:28
376

50 PKK terrorçusu məhv edildi

Türkiyədə terrorla mübarizə çərçivəsində 1 həftə ərzində hava əməliyyatı zamanı 50 terrorçu öldürülüb.

Son bir həftə ərzində (17-24 oktyabr) ölkə daxilində aparılan əməliyyatlar zamanı 41-i ölü, 2-si yaralı, 1-i sağ, 1-i təslim olmaqla 45 terrorçu zərərsizləşdirilib.

Bundan başqa, Hərbi Hava Qüvvələrinin əməliyyatları nəticəsində 50 PKK terrorçusu məhv edilib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu əməliyyaltar zamanı terrorçulara məxsus 12 əldəqayırma partlayıcı qurğu, 15 sığınacaq, 7 bombalı maşın, 1 "canlı bomba" və digər vasitələr aşkar edilib, 2 silahlı hücumun qarşısı alınıb.

Terror təşkilatına yardım edən və ya əlaqəsi olan 217 nəfər həbs olunub.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ