İŞİD terror təşkilatı Suriyada son qalası hesab edilən Bagozda 50 yezidi qadının başını kəsərək öldürüb.
İraqın miqrasiya naziri Nofel Baha Musəvi öldürülən qadınların sümüklərinin ölkəyə gətiriləcəyini açıqlayıb.
Bu qadınların İŞİD-in 5 il əvvəl qaçırıb təcavüz edərək öldürüldüyü bildirilib. Məlumata görə, həmin qadınların meyiti Bagozda bir qəbristanlıqda toplu şəkildə dəfn edilib.
Qeyd edək ki, 2014-cü ilin avqust ayında İŞİD 450 min yezidinin yaşadığı Şenqal bölgəsində silahlı hücum həyata keçirmişdi. Bu zaman minlərlə yezidi öldürülmüş, çoxu qaçırılmışdı. Birləşmiş Millətlər Təşkilatı və İraq İŞİD-in yezidilərə qarşı həyata keçirdiyi bu hadisəni soyqırımı adlandırmışdı./publika
7News.Az








