Bu gün günorta saatlarında paytaxtın Yasamal rayonuda intihar hadisəsi qeydə alınıb.
7news.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə Süleyman Tağızadə küçəsində baş verib.
Həmin ünvanda yerləşən 9 mərtəbəli binanın 9-cu mərtəbəsindən bir qadın özünü yerə ataraq intihar edib. Dərhal hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və və rayon Prokurorluğunun əməkdaşları cəlb olubub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları ilkin araşdırmadan sonra dünyasını dəyişən şəxsin 50 yaşlı Ruxsarə Əliyeva olduğu müəyyən edilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
Ətrfada yaşıyan şəxslərin sözlərinə görə, qadının psixoloji problemləri olub.
Faktla bağlı Yasamal Rayon Prokrorluğunda araşdırma aparılır.
7news.Az








