RU
500 avroluq əskinasların buraxılışı dayandırılır
11:05
934

500 avroluq əskinasların buraxılışı dayandırılır

2018-ci ilin sonundan etibarən 500 avroluq əskinaslar tədavülə buraxılmayacaq.

7News.Az xəbər verir ki, bu barədə qərar Avropa Mərkəzi Bankı (AMB) Şurasında qəbul edilib.
 
Qərara görə, 100 və 200 avroluq əskinaslar 2018-ci ilin sonundan etibarən yeni dizaynda çap ediləcək.
 
Beş yüz avroluq əskinaslar qeyri-məhdud müddətə ödəmə vasitəsi kimi istifadə oluna biləcək.
 
Bu qərara əsas səbəb transmilli cinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınması göstərilir.
 
Arıtq uzun müddətdir ki, ekspertlər 500 avroluq əskinasların nəql və çəki rahatlığına görə daha çox kriminal dairələrdə populyar olmasını əsas gətirərək, bu əskinasların dövriyyədən çıxarılmasına çağırırdılar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ