RU
51 yaşlı qadın 20 günə yaxındır ki, yoxa çıxıb - FOTO
14:01
431

51 yaşlı qadın 20 günə yaxındır ki, yoxa çıxıb - FOTO

Qusarda itkin düşən 51 yaşlı qadın axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Jalə Bədəlova avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Jalə Bədəlovanın əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ