Çində sərxoş olan bir sakin maraqlı görüntüləri ilə diqqət çəkib.
Anhui vilayətində spirtli içkinin təsiri altında nə ilə əylənəcəyini bilməyən 51 yaşlı sakin, hündür işıqforun üstünə dırmaşaraq orda karate şousu göstərməyə başlayıb. Qeyri-adi hadisə, yerli sakinlərdən biri tərəfindən lentə alınıb.
İşıqfor üzərində ayaq üstdə dayanan sərxoş çinlinin yıxılıb öləcəyini düşünən ətrafdakılar, dərhal xilasedicilərə zəng vurub. Əraziyə gələn mülki müdafiə qüvvələri, sərxoş sakini çox dilə tutsa da, o aşağı enməkdən imtina edib.
İşıqfor üzərində ölümlə oynayan şəxs, bir müddət xilasediciləri yaxına buraxmasa da, sonda daşı ətəyindən töküb və sürüşərək aşağı düşüb. Bir ağacın dibində əyləşərək nə etdiklərini anlamağa çalışan sərxoş, daha sonra polis nəzarətinə götürülüb.
Çin mediasının məlumatına görə, yüksək hündürlükdə karate şousu göstərən şəxs, inşaat binalarının birində fəhlə işləyir. İşsizlik problemi ilə üzləşən çinlinin bundan sonra iş tapacağı, görüntülərin mətbuata sızmasından sonra daha da çətinləşib./atv
7news.az








