Bu gün Xaçmaz rayonunda ölüm hadisəsi baş verib.
7news.az APA-ya istinadən məlumatına görə, fakt Xaçmaz rayonu Səid Qurbanov küçəsində qeydə alınıb. Xaçmaz sakini 52 yaşlı Məmmədəli İbrahimov çayxanada ölüb.
İlkin ehtimala görə, o, ürək tutmasından ölüb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölümün səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.
7news.az








