Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.
7news.Az report.az-a istinadən bildirir ki, rayonun 1965-ci il təvəllüdlü Qağacılı kənd sakini Hacıkişiyev Çoban Ağakişi oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








