Qvatemalada tələbələri daşıyan avtobus uçuruma düşüb.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, San-Migel bələdiyyəsinə gedən avtobusda 55 nəfər olub. Sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi 70 metr hündürlükdən uçuruma aşıb. Nəticədə 8 nəfər ölüb. Əraziyə xilasedici qüvvələr cəlb edilib.








