RU
55 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü
12:40
59

55 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun İkinci Udulu kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayev yaşadığı evin həyətyanı sahəsində yerləşən artezian quyusundan su götürmək istəyən zaman, nasosa qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunması nəticəsində cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.
 
 


 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ