7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
"Əbədi" cavanlığının sirri barədə danışan Uilkinson 5 il öncə biznesini tərk edərək idmanla məşğul olmağa başlayıb.
O, tez bir zamanda yerli idman salonlarından birində məşqçi kimi işə düzəlib.
Endi cavan görünüşünün sirrini məhz fiziki məşqlərdə görür.
Üç böyük qızı və yeddi nəvəsi olan kişiyə 30 yaşdan çox vermək olmur.

Böyük qızı ilə

Nəvələri ilə
"Adətən insanlar mənim yeddi nəvə babası olduğuma inanmırlar. Bir çox gənc qız "İnstagram"da mənimlə tanış olmaq istəyir", - deyə Endi etiraf edir.

Lakin müntəzəm fiziki fəaliyyət onu cavan saxlayan yeganə amil deyil. Uilkinson bunun genlərlə də bağlı olduğunu deyir. Eyni zamanda sağlam qidalanma və düzgün yuxu rejiminin də əhəmiyyətli rolu var. Gün ərzində o, azı 3 litr su içir.
Endi mümkün qədər stress və gərginlikdən uzaq olmağa çalışır və bunu uzunömürlülüyün açarı hesab edir:
"Mən bugünkü günlə yaşamağa və pis şeylər haqqında düşünməməyə çalışıram".
Onun fikrincə, insan fiziki və zehni sağlamlığı barədə düşünsə, özünü yaxşı formada saxlaya bilər.
Endi öz həyat tərzi ilə insanları motivasiya edib ilhamlandırmağa çalışır.














7News.Az








