Samux rayon sakini 56 yaşlı Solmaz Nəcəfzadə yolu keçmək istəyərkən həmin yolla hərəkətdə olan avtomobil tərəfindən vurulub.
7news.az Kəpəz TV-yə istinadən xəbər verir ki, yaralı dərhal Gəncə şəhər TTYX-ya çatdırılıb. İlkin tibbi yardım göstərilən yaralı sonraki müayinələri üçün şəhərdəki digər bir xəstəxanaya göndərilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirir.
Faktla bağlı araşdırmalara başlanılıb.
7news.az








