57 yaşlı qadın əri tərəfindən amansızcasına qətlə yetirildi - BAKIDA DƏHŞƏT
Xətai rayon prokurorluğundan 7news.az-a verilən məlumata görə yanvarın 6-sı saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
<!--
/data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_bodytext_230106_084617_042.sdocx
-->