Deportasiya qərarından sonra Kosovonun keçmiş baş naziri Ramuş Haradinay daxili işlər nazirini və kəşfiyyat idarəsinin rəhbərini vəzifəsindən azad edib.
7NEWS.az xəbər verir ki, Kosovo Kəşfiyyat İdarəsinin keçmiş rəisi Driton Qaşi 6 Türkiyə vətəndaşını gizli şəkildə Türkiyəyə deportasiya etməkdə təqsirli bilinərək 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Milli Kəşfiyyat Təşkilatının 2018-ci ildə Türkiyəyə gətirdiklərini açıqladığı və 'FETÖ-çü' olmaqda təqsirləndirilən 5 müəllim və 1 həkimlə bağlı Kosovoda açılan iddiada hökm açıqlanıb.
7NEWS.az








