RU
6 yaşlı Fəridin naləsi:
23:49
1397

6 yaşlı Fəridin naləsi: "Həkim, məni basdırmayın!"

Yəmənli Fərid Şevqi Səna yaxınlığında yaşayırdı. Onun ailəsinin olduğu ev husilərin raket hücumuna məruz qalıb, darmadağın olub.

6 yaşlı Fərid xarabalıqlar altından çıxarılaraq xəstəxanaya aparılıb.
Əməliyyat masasında qan içində uzanan Fərid həkimlərə yalvarıb: "Həkim, məni basdırmayın! Ölməyə qoymayın!"

Cərrahların bütün səylərinə rəğmən Fərid aldığı yaralardan keçinib.
BMT bildirir ki, Yəməndəki savaşda indiyədək 2300 mülki şəxs həlak olub. Onların 500 nəfəri uşaqlardır.

7news.az

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ