RU
6 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin anası:
17:40
1178

6 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxsin anası:

Ölkə mediasının gündəmini zəbt edən 6 yaşlı qızın ölümü ilə bağlı maraqlı detallar bəlli olub.

7News.az bildirir ki, 29 iyul tarixində hadisə baş verən zaman vəfat edən 6 yaşlıRamilənin anası Samirə Yarıyeva evdə olmayb.
 
S.Yarıyeva  bildirib ki, o, restoranda işlədiyindən həmin gün də qızı evdə tək olub.
 
Qeyd edək ki, Ağsu rayonunun Kəlva kəndindən olan Samirə Yarıyevanın 4 övladı var. Ramilə onların ən kiçiyidir. İmkansızlıqdan digər övladlarını uşaq evinə verib.
 
Adı qətli törətməkdə hallandırılan Elnar Hacıyev Samirə Yarıyevanın kirayə yaşadığı ev sahibəsinin oğludur. O, ailəlidir və bir övladı da var.
 
Elnar Hacıyevin anası, evin sahibəsi Almaz Hacıyeva bildirib ki, həyətə sürüşkən kafel döşənib. Başqaları da dəfələrlə burada sürüşüb-yıxılıb. 29 iyul tarixində də, Ramilə həyətdə yıxılaraq sürüşüb. Ona Elnar Hacıyev və Almaz Hacıyeva yardım etmək istəyiblər. Lakin sonradan uşağın vəziyyəti pisləşib. Onu taksi ilə xəstəxanaya aparan zaman yolda vəfat edib.

Almaz Hacıyeva qorxduqları üçün bu barədə polisə xəbər vermədiklərini deyir. Və oğlunun günahının da ancaq hadisə barədə polisə xəbər verməməsi olduğunu bildirib.

Almaz Hacıyeva onu da bildirib ki, bu evdə yaşadığı müddətdə Samirə Yarıyeva və onun ailəsindən heç bir narazılıq olmayıb.
 
Hadisənin şahidləri prokurorluqda dindirilib, o cümlədən Elnarın azyaşlı qızı da.

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda 6 yaşlı qızın ölüm faktı ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, Xırdalan şəhərində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib. Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib./hafta.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ