Daxili İşlər Nazirliyi Ağdamda baş verniş yol qəzası ilə bağlı məlumat yayıb.
7News.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 19-da saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində rayon sakini Elgün Təhməzli idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi, 6 yaşlı Zəhra Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.








