RU
60 manata görə iş yoldaşına 7 bıçaq vurdu
02:00
565

60 manata görə iş yoldaşına 7 bıçaq vurdu

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. İş yoldaşları arasında mübahisə borc pul üstə düşüb.
 
Hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində baş verib. İntiqam İlham oğlu İbrahimovu Elvin adlı iş yoldaşı bıçaqlayıb. Yaralı qohumları tərəfindən xəstəxanaya çatrdırılıb. Həkimlər İntiqam İbrahimovun bud nahiyyəsində 7-yə yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər. İntiqam İbrahimovun qardaşının sözlərinə görə, mübahisəyə səbəb borc pul olub. İntiqam iş yoldaşı Elvinə 60 manat borclu imiş. 
 
Tanışlar arasında pul üstündə dava düşüb. İş yoldaşı İntiqam İbrahimovu əvvəlcə döyüb daha sonra bıçaqlayıb.
 
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam edir. /musavat
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ