Hadisə rayonun Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5-də qeydə alınıb.
7news.Az-ın xəbərinə görə, 1958-ci il təvəllüdlü Nadir Ramazanov arvadı Nuranə Ramazanovanı bıçaqlayıb. Qadın təcili tibbi yardım maşını ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Məlum olub ki, N. Ramazanova daxilə nüfuz etməyən xəsarət alıb, vəziyyəti normaldır.
Bıçaqlanma faktı ilə bağlı polis əməkdaşları Nadir Ramazanovu polis bölməsinə apararaq izahatını alıblar. Şübhəli şəxs həyat yoldaşını qısqanclıq zəminində bıçaqladığını bildirib:
"Gedirdi mağazaya, gec gəlirdi, məndə xəstə adamam. 3-4 dəfə belə hallar baş verdi. Axır şübhələnməyə başladım. Deyəsən başqasını tapıb. Mən də bıçaqla vurdum”.
Faktla bağlı polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
7news.Az








