Almaniyada yaşayan 61 yaşlı Mark Brayan illərdir ki, işə dikdaban ayaqqabı və ətək geyinərək gedir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, mühəndis işləyən 3 uşaq atası bunu hər gün edir və geyimdə cinsiyyətin olmadığını iddia edir.
M.Brayan homoseksual olmadığını, evli və xoşbəxt olduğunu bildirib:
"Mən sadəcə heteroseksual, evli və xoşbəxt adamam. Sadəcə beldən yuxarı "kişi” görünüşünü, beldən aşağı isə "cinsiyyətsiz” görünüşü seçirəm”.











