RU
61 yaşlı qadın evdə ölü tapıldı: Hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır - FOTO
23:00
1226

61 yaşlı qadın evdə ölü tapıldı: Hadisənin kimlər tərəfindən törədildiyi araşdırılır - FOTO

Kürdəmir rayonunda 61 yaşlı qadın evində ölü tapılıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Soltan Şıxəliyev küçəsində qeydə alınıb.

Onun Kürdəmir bazarında xadimə işləyən, 1960-cı il təvəllüdlü Bədəlova Xanımqız Şiralı qızı olduğu müəyyənləşib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ