RU
62 il evli olub eyni gündə koronavirusdan öldülər
17:00
552

62 il evli olub eyni gündə koronavirusdan öldülər


62 il evli olan ABŞ sakinləri koronavirus infeksiyasından eyni gündə dünyadan köçüblər.

Bu barədə "People" yazır.

Belə ki, ABŞ-ın Nyu-Cersi ştatından olan 85 yaşlı Lourens Freda və 83 yaşlı Viktoriya aprelin ortalarında koronavirusa yoluxublar.

Aprelin 22-də onların 51 yaşlı oğlu Con bu xəstəlikdən ölüb, iki gün sonra isə bir neçə saat fərqlə özləri də xəstəxanada keçiniblər.
 

62 il evli olub eyni gündə koronavirusdan öldülər

Qohumları Lourens və Viktoriyanın ayrılmaz olduqlarını deyirlər:

"Lourensin ən çox zövq aldığı şey Viktoriaya qayğı göstərmək və onunla vaxt keçirmək olub".

Cütlüyün sağ qalan daha iki oğlu və altı nəvəsi var. Onlar Lourens və Viktoryanı layiqincə dəfn etmək üçün xeyriyyə fondu təşkil ediblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ