Ağdaşda kişi dəm qazından boğulub.
7News.Az-ın məlumatına görə, hadisə şəhərin M.İsayev küçəsində qeydə alınıb.
Şəhər sakini, 1960-cı il təvəllüdlü Mehrəli Mütəllibov yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








