Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan 62 yaşlı kişi sirkə turşusu içərək intihar edib.
7news.Az-ın xəbərinə görə, 1956-cı il təvəllüdlü Rəsulov Ədalət Əkbər oğlu ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə gətirilib.
Həkimlərin səylərinə baxmayaraq kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Rəsulovun hansı səbəbdən intihar etməsi araşdırılır.
7news.Az








