RU
63 yaşlı kişi evdə yanaraq ölüb
10:00
462

63 yaşlı kişi evdə yanaraq ölüb

Xaçmazda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

7News.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Çılğır kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan birmərtəbəli 2 otaq, aynabənddən ibarət evdə baş verib. Nəticədə evin və ümumi sahəsi 22 m2 yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1953-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Hidayət oğlunun meyiti aşkar olunaraq aidiyyatı qurumlara təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ