RU
7 aylıq hamilə arvadına İŞGƏNCƏ verdi, silahla hədələdi - Qadın polisə sığındı
11:00
528

7 aylıq hamilə arvadına İŞGƏNCƏ verdi, silahla hədələdi - Qadın polisə sığındı

7 aylıq hamilə qadın həyat yoldaşı tərəfindən təcavüz və şiddətə məruz qaldığını iddia edərək polisə sığınıb.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Ataşehir bölgəsində qeydə alınıb. Gülün B. və həyat yoldaşı Rza B. 15 aydır evlidir. 7 aylıq hamilə olan Gülün.B həyat yoldaşı tərəfindən mənəvi və fiziki zorakılığa məruz qaldığını iddia edərək boşanmaq 
istədiyini deyib.

Şikayət əsasında polis Rza B.-ni şübhəli şəxs qismində saxlayıb. Polis ifadəsini aldıqdan sonra Rza.b-nı sərbəst buraxılması haqqında qərar qəbul edib. Lakin qadının vəkili onun həyat yoldaşını ölümlə hədələdiyini irəli sürərək onun həbsini tələb edib: "Müvəkkilimi hamilə olmasına rəğmən döyüb, təhqir edib. Eyni zamanda, pəncərədən tullayaraq öldürəcəyi ilə hədələyib. Xahiş edirəm, bunu göz önünüdə saxlayaraq bu şəxsi səbəst buraxmayasınız".
Hamilə qadının polisə ifadəsindən bir hissə: "Təxminən 1 il əvvəl həyat yoldaşım məni evə salıb qapını bağladı. Məni silahla, pəncərədən ataraq öldürməklə təhdid etdiyi üçün qorxuram. Bir dəfə silahdan qorxub pəncərədən tullandım və ayağımı sındırdım. Bu hadisə ilə bağlı ailəm məni evə apardı. Bursada bir dövlət xəstəxanasında müalicə olundum. Müalicədən sonra həyat yoldaşım məni götürüb təkrar İstanbula gətirdi. Sonrakı prosesdə də həyat yoldaşım mənə qarşı şiddətinə davam etdi. Hətta məni evə kilidlədi. Telefonumu, pulumu və şəxsiyyət vəsiqəmi aldı. Çox qorxuram".

Faktla bağlı araşdırma başladılıb.

7 aylıq hamilə arvadına İŞGƏNCƏ verdi, silahla hədələdi - Qadın polisə sığındı
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ