RU
7-ci sinif şagirdi otağında ölü tapıldı -
16:09
620

7-ci sinif şagirdi otağında ölü tapıldı - "Boğazında dırnaq izi var idi" - FOTO

İstanbulda 13 yaşlı Hakan kompüterin qarşısında ölü tapılıb. Ekranda şiddət məzmunlu "Metin2" oyunu açıq və Hakanın boğazında 2 dəfə dolanmış bir sarğı bezi olub. Prokuror ölümü şübhəli hesab edib.

Hakan, intiharmı etdi, yoxsa cinayətəmi qurban getdi? Bu sualların cavabı, Hakanın cəsədinin yarılmasından sonra müəyyən olacaq.

Ekinci ailəsinin 4 uşağından 3-üncüsü olan Hakan 7-ci sinif şagirdi idi. Ən böyük xəyalı isə həkim olmaq idi. Məlum olduğu qədəriylə hər hansı bir narahatlığı olmayan Hakan valideynlərinə əsəbləşdiyində isə "Doktor olunca ən böyük iynəni sizə vuracağam" deyirdi.

Habertürk-ün xəbərinə görə, 25 iyul günü ailə səhər tezdən işə gedib. Evdə qalan Hakan saat 15:00 radələrində üst mərtəbədə yaşayan əmisinin evində yemək yeyib. Gəlinlərinin iddiasına görə, Hakan 17:00 radələrində evə gedib. İddiaya görə böyük qardaşı Ersin 19:00-da nənəsi ilə birlikdə evə girdiyində qardaşını kompüterin yanında yerdə uzanıqlı görüb. Boğazında isə sarğı bezi 2 dəfə dolanmış, 2 də düyün var idi. Ersin qardaşını qucaqlayıb ən yaxınlıqdakı xəstəxanaya aparıb. Həkimlər Hakanın öldüyünü deyiblər.

Ailəsinin dediyinə görə, Hakan evdən çölə çox çıxmayan, yoldaşlarıyla kompüter vasitəs ilə yazışan, seriallar izləyən, şiddət təbliğ edən "Metin2" adlı kompüter oyununu tez-tez oynayan uşaq olub. Uşaqlarının öldürüldüyünü iddia edən atası Mehmet Ekinci "Qardaşımın dediyinə görə, kompüteri də təmizlənib. Xəstəxanada boynunda dırnaq izi olduğunu gördük. Bizi çaşbaş salan olay isə sarğı bezinin 2 dəfə ayrı-ayrı düyünlənməsidir" deyib.

 
 

Ana Gülizar Ekinci isə "Hadisə günü əmisigildə yemək yeyib. 17:00-da gəlinimiz evimizə girdiyini görüb. 2 saat evdə tək olduğunu bilirik. O gün yoldaşlarıyla yazışıb. Söylədiklərinə görə, yazışdığı zaman qəfil yoxa çıxıb" bildirib. Hakanın kompüteri ekspertizaya göndərilib.

Esenyurt Təhlükəsizlik İdarəsinin əməkdaşları Hakanın interaktiv oyun əsnasında bir adamdan əmr alıb-almadığını, özünü öldürdüyü, yoxsa cinayətəmi qurban getdiyini araşdırır./milli

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ